Mobil versiya
Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu
Tarix: 27-02-2021 | Saat: 15:54
Bölmə:Gündəm | çapa göndər

Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu


Ölkəmizdə davamlı olaraq həyata keçirilən ağacəkmə təşəbbüsünə böyük həvəslə qoşulan laçınlılar 27.02.2021-ci il tarixdə Ağcabədi rayonu Taxta Körpüərazisində keçirilən növbəti ağacəkmə aksiyasını Xocalı soyqırımı qurbanlarının əziz xatirsinə həsr etmişlər.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı AqilNəzərlinin iştirakı ilə keçirilən tədbirdə YAP Laçın rayon Təşkilatının fəalları ,könüllülər,çoxsaylı rayongəncləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri fəallıq göstərmişlər. Aksiya iştirakçıları tərəfindən ərazidəki Taxta Körpü qəsəbəsindəki Heydər Əliyev prospekti boyunca Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsini yad edilməsi məqsədilə 613 ədəd həmişəyaşıl və digər növ ağaclar əkilmişdir.

Keçirilən ağacəkmə aksiyası zamanı Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla anılaraq erməni faşizminin vəhşiliyi hiddətlə pislənilmişdir.





AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024