Mobil versiya
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri
Tarix: 25-02-2021 | Saat: 11:30
Bölmə:Siyasət | çapa göndər

Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir -

Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırının anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə TBMM-in sədri Mustafa Şentop çıxış edərək Xocalı soyqırımının XX əsrin ən ağır cinayəti olduğunu bildirib.

M.Şentop bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər: “Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir”.

M.Şentop vurğulayıb ki, ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur: “İnsanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq. Millətimizə yönəlmiş kampaniyalar o qədər artıb ki, haqlı durumda olduğumuz halda haqsız duruma düşmüşük. Ona görə də bu soyqırımı bütün dünyaya tanıtmalıyıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025
08-05-2025