Mobil versiya
“Xəzər Dəniz Gəmiçiliyi”indən- ŞOK VİDEO
Tarix: 22-02-2021 | Saat: 15:54
Bölmə:Media | çapa göndər

“Xəzər Dəniz Gəmiçiliyi”indən- ŞOK VİDEO

“XOŞUNDU – YE, XOŞUN GƏLMİR – TÖK DƏNİZƏ”:

“Xəzər Dəniz Gəmiçiliyi” Donanmasında zəhmətkeş dənizçilərə “3-cü sort adamlar” kimi baxılır?

Quruda və havada apardığı uğurlu hərbi əməliyyatlarla 2020-ci ilin payız müharibəsində düşmən üzərində möhtəşəm qələbə qazanaraq torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycanın bəs dəniz qüvvələri hansı vəziyyətdədir? Söhbət təkcə hərbi dəniz güclərindən, sahil mühafizəsindən deyil, ümumiyyətlə, həm də əsasını neft daşımaları təşkil edən nəqliyyat donanmasından gedir.



Bu günlərdə sosial şəbəkə platformalarından birində “Xəzər Dəniz Gəmiçiliyi Donanmasında özbaşınalıq” sərlövhəsi altında bir dənizçinin video-müraciəti yayımlanıb. Dənizçi şikayətlənir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiyi” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus şirkətdə çalışır, burada aylarla vaxtını gəmidə keçirən dənizçilərə “3-cü sort adamlar” kimi baxılır, onlara vaxtı keçmiş, mənşəyi məlum olmayan, istifadəyə yararsız ərzaq məhsulları verilir: “İnsanların qüruruna, şərəfinə toxunulur, adam özünə, yaşamağına nifrət edir. Şirkət rəisin qohumunun olduğuna görə burada baş verənlərə heç bir nəzarət yoxdur. Dövlət mənim qidalanmağım üçün bunlara pul ödəyib. Amma mənə ayırılan qida məhsullarının qiymətini görmürəm. Ərzağın məişət sertifikatını mənə təqdim etmirlər. Deyirlər ki, xoşundu ye, xoşun gəlmir tök dənizə...”




Məsələ ilə bağlı QSC ilə əlaqə saxladıq. Bizdən telfon nömrəsini götürüb bildirdilər ki,sizinlə əlaqə saxlayacaqlar.Bir qədər sonra QSC-nin mətbuat katibi Mehman Mehtiyevlə bizimlə əlaqə saxladı.
Video-materialda sadalanan ittihamları eşidən kimi bildirdi ki, Ruslanla (həmin dənizçi ilə - red .) görüşüb məsələni həll etmişik.Siz narahat olmayın.
Əlbəttə ki, bu cavab nə jurnalist olaraq bizi, nə də ümumiyyətlə, xalqı, ictimaiyyəti qane edə bilməz. Çünki Ruslan tək özünün deyil, həm də digər dənizçi yoldaşlarının problemindən danışıb. Üstəgəl, dənizçilərin ərzaq payını oğurlayanların,onlara keyfiyyətsiz ərzaq yedizdirənlərin ifşa olunmasını, cəzalandırılması istəyir. Bundan başqa, zəmanət yoxdur ki, bu gün razı salınan, tutaq ki, “2-ci sort adamlar” sırasına keçirilən Ruslanı sabah fəaliyyətində “tapacaqları” başqa bir “çepe”yə görə işdən

qovmayacaqlar. Axı, eyni haqsızlığa məruz qalan digər həmkarları da ondan nümunə götürüb etirazlarını dilə gətirə, ictimailəşdirə bilərlər. Korrupsiyaya qarşı mübarizə tədbirlkərinin sərtləşdirilkdiyi indiki dönəmdə bu etiraz nidalarının tendensiyaya çevrilərək kütləviləşməsi isə QSC rəhbərliyinə yaxşı heç nə vəd etmir.



Təxmin edirik ki, məsələ ilə bağlı suallartımıza Mehman Mehtiyevdən daha dolğun cavabı 7 ildir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin iqtisadi məsələlər üzrə müavini Cəlal Həsənağa oğlu Fərəcli verə bilər. Cəlal müəllimin keçdiyi şərəfli əmək yoluna baxanda heç bir korrupsiya izinə rast gəlinmir. Siz də əmin olun: 1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də mühasib, iqtisadçı vəzifələrində çalışmışdır. 1991-1993-cü illərdə N.Nərimanov adına NQÇİ-də baş mühasibin müavini, 1993-1995-ci illərdə “Bulla-Dəniz“ NQÇİ-də baş mühasib, 1995-2008-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsində baş mühasib, İqtisadiyyat və uçot departamentinin rəisi, 2008-2014-cü illərdə “Azneft” İB-in İqtisadiyyat və uçot departamentinin rəisi vəzifələrində işləmişdir. Göründüyü kimi, adam 33 illik fasiləsiz iş stajına malikdir. Allah işinə fərəc versin. Bircə karyerasında maraqlı məqam odur ki, daim zehni əməklə, rəqəmlərlə çalışan, onların nə “şişirdilməsinə”, nə də “incəldilməsinə” yol verməyən Cəlal Fərəcli bunca gərgin iş rejimində elmi fəaliyyətlə məşğul olmağa necə vaxt tapıb, iqtisad üzrə fəlsəfə doktoru elmi adını qazanıb. Ümid edirik ki, fəaliyyətində şəffaf olan, hesabatlılığıl sevən hörmətıli Cəlal müəllim biz jurnalistlərlə təmasdan yayınmayacaq.



Sonda xatırladırıq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

Araşdırmamız davam edir.

Q.Umudoğlu

Bizimaz.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024