Mobil versiya
“Sarkisyan “5 + 2” formatına razı idisə, niyə milyonlar xərcləndi?” - Erməni deputat
Tarix: 16-02-2021 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

“Sarkisyan “5 + 2” formatına razı idisə, niyə milyonlar xərcləndi?” -


Ermənistan parlamentinin deputatı, "Parlaq Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan eks-prezident Serj Sarkisyanın yerli KİV-ə müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Azvision.az xəbər verir ki, erməni deputat Serj Sarkisyanın Qarabağ probleminin həllinə dair "5 + 2" formatının reallaşmasına yaxın olması barədə çıxışını tənqid edib. O, sual edib ki, əgər keçmiş hökumət bu formata razı idisə, Zəngilan, Cəbrayıl, Qubadlı və digər ərazilərə, Araz çayı üzərindəki stansiya və bu kimi işlərə niyə milyonlarla dollar vəsait xərclənirdi?

"Belə çıxır ki, vətəndaşımızın vergilərindən yığılan pullar, diaspordan alınan vəsaitlər, Azərbaycana qaytarılmalı olacaq ərazilər üçün xərclənib. Yəni o qədər varlı idik ki, onlar üçün şəhərlər və kəndlər tikdik?", - deyə erməni deputat fikirlərini absurd şəkildə əsaslandırmağa çalışıb.

Marukyan daha sonra iddia edib ki, bu siyahıya Laçın və Kəlbəcər bölgələrində əsasən su elektrik stansiyalarının tikintisi və ticarət məsələləri üçün də bir neçə yüz milyon dollarlıq kredit portfeli ayrılmışdı.

"Banklardan dövlət zəmanəti ilə nəhəng kreditləri götürməyin mənası var idimi? "5 + 2" formatında bölgənin qaytarılmasına dair danışıqlar aparılırdısa, bütün bu xərclər nəyə lazım idi?".

Maraqlıdır, Marukyan hansı tikinti-quruculuq işlərindən danışır? 30 ilə yaxın işğal dövründə Azərbaycan torpaqlarını zəbt edən ermənilər Qarabağda daş üstündə daş qoymayıblar, bütün yaşayış yerləri, binalar yerlə-yeksan edilib, infrastruktur sıradan çıxarılıb, sərvətlərimiz talan olunub. "Milyonlar xərclənib" dedikləri "quruculuq işləri" budurmur?

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024