Mobil versiya
Gündüz Bayramov: “Azərbaycan 2030: Milli Prioritetlər ölkəmizin daha yüksək inkişaf mərhələsinə sürətli keçidini təmin edəcək”
Tarix: 11-02-2021 | Saat: 15:42
Bölmə:Siyasət | çapa göndər

Gündüz Bayramov: “Azərbaycan 2030: Milli Prioritetlər ölkəmizin daha yüksək inkişaf mərhələsinə sürətli keçidini təmin edəcək”

“Nəzərdə tutulan islahatlar davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq kimi prioritetlərin ilk növbədə təminatına hesablanıb”– bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib.


Növbəti on il üçün dövlət başçısı tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əhəmiyyətindən danışan təşkilat sədri bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə qəbul edilmiş çoxsaylı dövlət proqramlarının uğurlu icrası nəticəsində yüksək inkişaf səviyyəsinə çatmış, vətəndaşların sosial müdafiəsi gücləndirilmişdir: “İlk növbədə birmənalı olaraq belə bir faktı qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi düşünüımüş xarici və daxili siyasət nəticəsində son 17 il ərzində əldə olunmuş ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Bu illər ərzində Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çox sayda dövlət proqramları qəbul edilərək uğurla həyata keçirilmiş və nəticə olaraq ölkə iqtisadiyyatı yüksək inkişaf səviyyəsinə çatmış, vətəndaşların sosial müdafiəsi gücləndirilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış, Azərbaycan güclü orduya sahib olmuşdur. Məhz bu amillərin mövcudluğu ölkəmizin Vətən müharibəsində qələbəsini, torpaqlarımızın işğaldan azad olunmasını təmin etmişdir. Nəticədə Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqların yaranmasına nədən olmuşdur. Bu gün isə ölkəmiz həmin reallıqların həm bizim üçün, həm də digər region ölkləri və qonşu dövlətlər üçün yaratdığı yeni imkanlardan hamının səmərəli şəkildə yararlana bilməsi istiqamətində konkret addımlar atmaqdadır. Təbii ki, növbəti illərdə artıq işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu baxımdan dövlətimizin başçısı tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair beş Milli Prioritet növbəti onillikdə icrası zəruri olan dövlət konsepsiyası statusunda qəbul olunmalıdır. Məlumdur ki, özünün davamlı inkişafını təmin etmək üçün Azərbaycan bütün zəruri resurslara və potensiala sahibdir. Milli Prioritetlər isə artıq bu resurs və potensialın məhz düzgün istiqamətdə və məqsədyönlü şəkildə reallaşdırılmasını təmin edəcək geniş əhatəli və uzunmüddətli dövlət proqramıdır.”

Gündüz Bayramov həmçinin vurğulayıb ki, növbəti illərdə dövlətimizn daha da güclənməsi və yüksək rifah cəmiyyətinin formalaşması kimi ali məqsədlərə nail olmaq üçün Milli Prioritetlərin reallaşdırılması zəruri şərtlərdən biridir: “Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlılığı, milli iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkənin ixrac potensialının tam reallaşdırılması baxımından qarşımızda indiyədək misli görünməmiş imkanlar açır. Heç şübhəsiz bu proqramın reallaşdırılması ilə Azərbaycan inkişafın artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələsinə qədəm qoyacaq. Bu gün artan iqtisadi gücü sayəsində Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatını dəyişməyə qadir olan böyük layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı əldə etmişdir. Təbii ki, regional lider dövlət kimi, Azərbaycanın Cənubi Qafqazda istər təhlükəsizliyin, sabitliyin qorunub saxlanması, istərsə də iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından aparıcı rolu növbəti illərdə daha da artacaq. Azərbaycan hər zaman olduğu kimi, yenə də region ölkələrinin, qonşu dövlətlərin vətəndaşlarının da rifah səviyyələrinin yüksəlməsinə böyük töhfələr verəcək. Məhz bu baxımdan biz deyə bilərik ki, 2030-cu ilə qədər olan dövr ərzində Azərbaycanın iqtisadi suverenliyinin möhkəmlənməsi və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsi region ölkələrin və qonşu dövlətlərin də maraqlarına cavab verir. Beləliklə sosial-iqtisadi inkişafa dair müəyyən edilmiş Milli Prioritetlər həm də beynəlxalq əhəmiyyət kəsb edən konsepsiya kimi dəyərləndirilməlidir.”

Sənan Həsənov
Orxan Musayev
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-05-2025
08-05-2025