Mobil versiya
Lütvəli Şıxəliyev: “Milli Prioritetlər dövlətimizin iqtisadi-siyasi qüdrətini daha da artıracaq”
Tarix: 11-02-2021 | Saat: 14:39
Bölmə:Gündəm | çapa göndər

Lütvəli Şıxəliyev: “Milli Prioritetlər dövlətimizin iqtisadi-siyasi qüdrətini daha da artıracaq”

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən iqtisadi-siyasi kurs nəticəsində Azərbaycan regional iqtisadiyyatın aparıcı qüvvəsi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib”– bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev deyib.


Ölkədə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi islahatlar barədə əməkadşımızın suallarını cavablandıran təşkilat sədri bildirib ki, ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin reallaşdırılması sayəsində növbəti on il ərzində bu sahədə daha yüksək nəticələr əldə olunacaq: “İlk növbədə qeyd etmək lazımdır ki, bu gün ölkənin iqtisadi inkişafı ictimai münasibətlərin bütün sahələrinə sirayət edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfələr verib, təhlükəsizliyin təmini üçün güclü potensial yaranıb. Azərbaycan regional iqtisadiyyatın aparıcı qüvvəsi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünüımüş xarici və daxili siyasət nəticəsində əldə olunmuş ictimai-siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Növbəti illərdə isə işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına daha böyük təkan verəcək. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcək.”

Lütvəli Şıxəliyev həmçinin qeyd edib ki, müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini daha da möhkəmləndiriləcək: “Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelinə sahib olan ölkədir. Bu gün respublikamız əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. Həmçinin növbəti on il ərzində Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaq. Sənəddə 5 strateji hədəf və müvafiq prioritetlər müəyyən edilib. Ümumilikdə, bu prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunması gözlənilir. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun iqtisadiyyatda xüsusi çəkisinin artırılması nəzərdə tutulub. Bunun çün isə qeyri-neft sektorunun əsas şaxələrinə dövlət dəstəyi ilə bərabər, özəl sektorun maliyyə dəstəyi də artırılacaq. Növbəti on il ərzində də ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. İqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edəcək, inkişafdan hər bir vətəndaş bəhrələnəcək. Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin olunacaq. İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcək. Beləliklə, Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024