Mobil versiya
Prokurorluq: Müharibədən sonra 14 nəfər minaya düşərək həlak olub
Tarix: 09-02-2021 | Saat: 10:44
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prokurorluq:


Baş Prokurorlu işğaldanc azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verən hadisələrlə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən aia.az-a bildirilib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanların işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olmaları və ya ağır dərəcəli bədən xəsarətləri almaları faktları hələ də baş verir.

10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi başa çatanadək qanunsuz səfər hallarına yol vermiş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan məsələnin həssaslığı və əhəmiyyəti nəzərə alınaraq növbəti dəfə maarifləndirici videoçarx hazırlanmışdır.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkə səhifələrindən izləyə bilərsiniz.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024