Mobil versiya
Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü
Tarix: 08-02-2021 | Saat: 16:14
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Həmkarlar ittifaqları daha 85 şəhid ailəsini himayəyə götürdü

2020-ci il sentyabr ayının 27-də Ermənstan silahlı qüvvələrinin təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun cəbhənin bütün istiqamətlərində başladığı əks-hücum əməliyyatı şanlı ordumuzun qələbəsi ilə başa çatdı. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində parlaq qələbəsi ilə 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız azad olundu. Bu qələbə əsgər və zabitlərimizin rəşadəti nəticəsində qazanıldı. Bu gün Azərbaycan dövləti və xalqı Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin qəhrəmanlıqlarını yüksək qiymətləndirir və onların ailələrinə hərtərəfli qayğı və diqqət göstərirlər.

Azərbaycan Həmkarlar İttifaqları da şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır. AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürmüşdür. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar.

AHİK-in İcraiyyə Komitəsi Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin daha 85 ailəsinnin himayəyə götürülməsi və hər bir ailəyə ayda 100 (yüz) manat vəsaitin ödənilməsi barədə qərar qəbul etmişdir. Bununla da AHİK tərəfindən himayəyə götürülmüş şəhid ailələrinin sayı 108-ə çatmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımların davam etdirilməsini nəzərdə tutur.

AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024