Mobil versiya
Rəşad Cəbrayılov: Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır
Tarix: 05-02-2021 | Saat: 11:44
Bölmə:Gündəm | çapa göndər

Rəşad Cəbrayılov: Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğının növbəti təzahürüdür”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib.

Onun sözlərinə görə, Sərəncam 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əlilliyi müəyyən edilən şəxslərin də mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur: “Qeyd etmək lazımdır ki, dövlətimiz hər zaman şəhid ailələrinin və müharibə əlillərinin problemlərini, reabilitasiyasını və digər məsələləri diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, ötən il bu kateqoriyadan olan insanlara 1500-dən yuxarı fərdi ev və mənzil verilib. Atılan bu addımlar bir daha Azərbaycan dövlətinin, ölkə Prezidentinin vətəndaşlara göstərdiyi diqqətin, onların sosial problemlərinin həlli istiqamətində atdığı addımların əməli sübutudur. Ölkə başçısı hər zaman bildirib ki, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Başqa sözlə, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının yanındadır. Bu gün vətəndaşların sosial problemlərinin həlli ilə bağlı mütəmadi addımların atılması hər bir azərbaycanlını qürurlandırır. Azərbaycan dövləti bununla bir daha sübut edir ki, Vətən uğrunda canından keçmiş vətəndaşların ailələri məhz dövlətin qayğısı altındadırlar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024