Mobil versiya
Cavanşir Yusubov: “Şuşa tezliklə dünyanın ən gözəl mədəniyyət mərkəzlərindən birinə çevriləcək”
Tarix: 04-02-2021 | Saat: 13:00
Bölmə:Gündəm / Media | çapa göndər

Cavanşir Yusubov: “Şuşa tezliklə dünyanın ən gözəl mədəniyyət mərkəzlərindən birinə çevriləcək”


“Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul oldular. Lakin möhtərəm Prezidentimizin də öz çıxışında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi” – bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov deyib. Müsahibimiz bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə dərhal quruculuq işlərinə başlamaqla bu torpaqların əsl sahiblərinin kim olduqlarını bir daha bütün dünyaya nümayiş etdirdi: “Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bütün bu baş verənlər barədə susurdular. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə dövlət başçımızın təşəbbüsü ilə həmin bölgələrə jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsi ilə təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, Azərbaycan erməni faşizmini məhv edib, erməni vəhşiliyini məhv edib. Buna görə Azərbaycanın şanlı Qələbəsi sadəcə bu region üçün deyil, bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın aparıcı mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan etmişdir. Heç şübhəsiz, Şuşa tezliklə dünyanın ən gözəl mədəniyyət mərkəzlərindən birinə çevriləcək.”

Daha sonra müsahibimiz pandemiya ilə mübarizədə ölkəmizdə əldə olunmuş yüksək nəticələrdən bəhs edib: “Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dövləti tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər, həyata keçirilmiş peşəkar təşkilatlanma və digər atılan məqsədyönlü addımlar nəticəsində ölkəmizdə pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizə dövründə Azərbaycan vəziyyəti hər zaman nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi səyləri nəticəsində yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynadı. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Əbəs yerə deyil ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirirlər. Heç bir şübhə ola bilməz ki, Azərbaycan səhiyyəsi bundan sonra da öz inkişafını davam etdirəcək və hər bir vətəndaşımız ən yüksək beynəlxalq standartlara cavab verən tibbi xidmətlərdən hər zaman yararlana biləcək.”

Əməkdaşımızın suallarını cavablandırarkən Cavanşir Yusubov bunu da deyib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması və xüsusən də Prezident İlham Əliyevin bu müəssisənin açılış mərasimində şəxsən iştirak etməsi ölkə rəhbərliyi tərəfindən səhiyyə sahəsinin inkişafına böyük diqqət göstərildiyini bir daha sübut edir: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olublar. Qeyd etmək lazımdır ki, bu faktın özü ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir və ən son texnoloji avadanlıqlarla təchiz edilərək vətəndaşlarımızın xidmətinə verilməsi işi bundan sonra da yüksək səmərəliliklə davam etdiriləcək.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024