Mobil versiya
SAHİBİNƏ YETİRİN
Tarix: 03-02-2021 | Saat: 18:08
Bölmə:Yazar3 | çapa göndər

SAHİBİNƏ YETİRİN


Kəndimizin qəhrəman oglu, Murovdagda şəhidlik zirvəsinə ucalmış vətən üçün canından keçmiş yaxın qohumum, Nihad Heydər oglu Əliyevin əziz xatirəsinə.Şəhidimizin dilindən.

Azadlıgın, qələbənin möhründə,
Şəhid olan əsgərlərin izi var.
Bu torpagı sıxsan şəhid qanıdı,
Cəsarətin,igidliyin özü var.

Bu döyüşlə özümüzə qayıtdıq,
Bütövləşdik,yeniləndik, qurulduq,
Vətən gözümüzdə cənnətə döndü,
Qarabaga biz yenidən sarıldıq.

Turan da susmadı haqlı davada,
Oyanmışıq, dirçəlmişik, biz varıq.
Ürəklə döyüşdük, zəfər qazandıq
Qürurluyuq , qeyrətliyik, vüqarıq.

Torpagımdan bir qarış da vermərəm,
Öz anamın südünə and içirəm.
Ogulların taleyinə yazılıb -
Şəhid olub ürəklərə köçürəm.

09.10 2020.

Xuraman Camalqızı
DÜNYA YAZARLAR İTTİFAQININ ÜZVÜ. QIZIL QƏLƏM MEDİA MÜKAFATI LAUREATI. Turan yazarlar birliyinin üzvü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024