Mobil versiya
Hafis Bəşirov: “Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin prioritet irtiqamətlərindəndir”
Tarix: 03-02-2021 | Saat: 15:49
Bölmə:Manşet / Siyasət | çapa göndər

Hafis Bəşirov: “Vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin prioritet irtiqamətlərindəndir”

“Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir və ən son texnoloji avadanlıqlarla təchiz edilərək vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır” – bunu saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov deyib. Müsahibimiz bildirib ki, bu istiqamətdə görülən işlər hətta pandemiya dövründə də eyni dinamika ilə davam etdirilib və Azərbaycan səhiyyəsi görülən tədbirlər nəticəsində son illər ərzində böyük inkişaf yolu keçib: “Son 17 il ərzində Azərbaycanda 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Görülən tədbirlər sayəsində ölkənin səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu indi ən yüksək standartlara cavab verir. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, bundan sonra səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırılması yönümündə əlavə tədbirlər görüləcək. Belə bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan səhiyyəsi görülmüş tədbirlər sayəsində hər hansı xoşagəlməz hadisələrə, o cümlədən pandemiyaya əvvəlcədən hazır olub. Pandemiyanın ilk günlərindən də dövlət tərəfindən bütün lazımi tədbirlər düşünülmüş və effektiv şəkildə həyata keçirilib, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub. Bu gün isə artıq bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri uğurla fəaliyyət göstərir.”

Əməkdaşımızın suallarını cavablandırarkən Hafis Bəşirov bildirib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına göstərilən dövlət qayğısının növbəti sübutudur. Prezident İlham Əliyevin bu müəssisənin açılış mərasimində şəxsən iştirak etməsi də ölkə rəhbərliyi tərəfindən bu sahənin xüsusi diqqət mərkəzində saxlanıldığını göstərir: “Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olublar. Qeyd etmək lazımdır ki, bu faktın özü ölkəmizdə səhiyyə sahəsinin dövlətimiz tərəfindənən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını və xüsusi qayğı ilə əhatə olunduğunu bir daha sübut edir. Möhtərəm Prezidentimizin də dediyi kimi, yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə inşa edilmiş bütün digər xəstəxanalar kimi, bu səhiyyə müəssisəsində də vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək.” Daha sonra Hafis Bəşirov pandemiya ilə mübarizədə ölkəmizdə əldə olunmuş yüksək nəticələrdən bəhs edərək bunları deyib: “Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan dövləti tərəfindən vaxtında görülmüş qabaqlayıcı tədbirlər, həyata keçirilmiş peşəkar təşkilatlanma və digər atılan məqsədyönlü addımlar nəticəsində ölkəmizdə pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizə dövründə Azərbaycan vəziyyəti hər zaman nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə ki, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi səyləri nəticəsində yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynadı. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Əbəs yerə deyil ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın pandemiya ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirirlər. Heç bir şübhə ola bilməz ki, Azərbaycan səhiyyəsi bundan sonra da öz inkişafını davam etdirəcək və hər bir vətəndaşımız ən yüksək beynəlxalq standartlara cavab verən tibbi xidmətlərdən hər zaman yararlana biləcək.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025