Mobil versiya
Spiker: “Biz öz torpaqlarımızda əbədi yaşayacağıq”
Tarix: 01-02-2021 | Saat: 11:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Spiker:


Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti və müdrikliyi Azərbaycanı qələbədən qələbəyə aparır.

aia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, Azərbaycan xalqı 2020-ci ili uğurla başa vurub, 2021-ci ilə böyük uğur və ümidlərlə daxil olub.

S.Qafarova qeyd edib ki, 2020-ci ildə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdi:

“Döyüş meydanında əldə olunan qələbə siyasi müstəvidə də təsdiq edilib və Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Biz doğma torpaqlarımıza, Qarabağa, Qarabağın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi olaraq yaşayacağıq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2025