Mobil versiya
Könül Nurullayeva: “Birgə monitorinq mərkəzi Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür”
Tarix: 30-01-2021 | Saat: 19:07
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Könül Nurullayeva: “Birgə monitorinq mərkəzi  Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür”

Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin yaradılması 10 noyabr 2020-ci il tarixli bəyanatın 5-ci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir. Bu, əslində mümkün insidentlərin qarşısının alınmasının, araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmidir.
Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində də bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada münaqişənin həlli və atəşkəsə nəzarət işində rol oynayacaq. Hazırda mərkəzin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin və 10 noyabr bəyanatının müddəalarının reallaşması deməkdir. Mərkəzin fəaliyyətə başlaması Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, güclü dövlət olan Azərbaycanın strateji hədəflərə çatmaq imkanlarının, habelə Azərbaycan-Türkiyə qardaşlığının və strateji tərəfdaşlığının əyani təzahürüdür. Bu tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir.
Ümumiyyətlə, Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması regionda yaranmış yeni geosiyasi reallığın nəticəsidir. Gələcəkdə regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar yaranır. Mərkəzin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 formatının reallaşması istiqamətində növbəti uğurlu addımdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024