Mobil versiya
Rusiya, Azərbaycan və Ermənistan nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək
Tarix: 26-01-2021 | Saat: 10:55
Bölmə:Manşet / Gündəm | çapa göndər

Rusiya, Azərbaycan və Ermənistan nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək


Yanvarın 27-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpası mövzusunda danışıqlar keçiriləcək.

RBK məlumat verir ki, danışıqlarda tərəfləri hökumət başçılarının birinci müavinləri təmsil edəcək.

Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın, ilk növbədə bölgədə yeni dəmiryolları xətlərinin inşası məsələsini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, danışıqların hazırkı formatı yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş üçtərəfli görüş zamanı təsdiqlənib.

Danışıqlarda həmçinin Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun inşası məsələsi müzakirə olunacaq. Dəmiryolu ilə paralel avtomobil yolunun inşası da gündəmdədir.

Bunun əvəzində Azərbaycandan keçməklə Rusiya ilə Ermənistanı birləşdirəcək dəmiryolu xətti açılacaq.

Qeyd edək ki, hazırda iki ölkə arasında dəmiryolu əlaqəsi mövcud deyil. RBK-nın məlumatına görə, danışıqlarda Naxçıvandan keçməklə Ermənistanı İranla birləşdirəcək dəmiryolu xəttinin tikintisi də müzakirə ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024