Baş Prokurorluq dəniz quldurları tərəfindən öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Tarix: 25-01-2021 | Saat: 18:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin “Boden denizcilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilmişdir.
İlkin araşdırma nəticəsində müəyyən edilmişdir ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülmüş, 1 nəfər isə öldürülmüşdür. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 09.06.1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilmişdir.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir. Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.
Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılmış və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-04-2024
15:59 Anar Məmmədli saxlanıldı
15:43 Son 9 ayın uğurları
15:42 COP29-un əhəmiyyəti
15:19 Dünyaya həmrəylik mesajı
14:48 Vasif Səmədov VƏFAT ETDİ