Mobil versiya
“Güllələnmiş büstlərin Şuşaya qayıdışı Qələbənin rəmzidir” – KÖNÜL NURULLAYEVA
Tarix: 19-01-2021 | Saat: 15:41
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Güllələnmiş büstlərin Şuşaya qayıdışı Qələbənin rəmzidir” –


“Bu, müstəqillik dövründə Azərbaycan Prezidentinin Şuşaya ilk səfəri idi. Prezident İlham Əliyev 39 il sonra eyni gündə Şuşaya səfəri, görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstlərinin regionun mədəniyyət paytaxtına qaytarılması hər bir azərbaycanlıda qürur hissi yaratdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsi 39 il əvvəl – 1982-ci il yanvarın 14-də açılıb. Bu rəmzilik möhkəm siyasi iradə və milli dəyərlərimizə, tariximizə dərin ehtiramın təzahürüdür”

Bunu Hurriyyet.org-a müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Könül Nurullayeva bildirib. O, güllələnmiş büstlərin Şuşaya qayıdışını Qələbənin rəmzi kimi qiymətləndirib:

“Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin Şuşaya səfəri istər siyasi, istərsə də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, müstəqillik dövründə Azərbaycan Prezidentinin Şuşaya ilk səfəri idi. Prezident İlham Əliyev 39 il sonra eyni gündə Şuşaya səfəri, görkəmli mədəniyyət və incəsənət xadimlərinin büstlərinin regionun mədəniyyət paytaxtına qaytarılması hər bir azərbaycanlıda qürur hissi yaratdı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsi 39 il əvvəl – 1982-ci il yanvarın 14-də açılıb. Bu rəmzilik möhkəm siyasi iradə və milli dəyərlərimizə, tariximizə dərin ehtiramın təzahürüdür. Biz ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Birinci Xanım Mehriban Əliyevanın Şuşaya xüsusi münasibətini görürük, bu yanaşma hər birimiz üçün nümunədir. Güllələnmiş büstlərin Şuşaya qayıdışı Qələbənin rəmzidir. Ali Baş Komandanın söylədiklərindən aydın oldu ki, o vaxt mənfur düşmən tarixi şəxsiyyətlərin xatirə büstlərini əritmək niyyətində olub. Lakin məhz ulu öndər Heydər Əliyevin iradəsi sayəsində pulla bu abidələr alınıb. Bu, bir daha göstərir ki, mədəni irsin qorunması Azərbaycanda hər zaman prioritet olub. Biz məsələyə milli maraqlar kontekstindən yanaşaraq, güllələnmiş heykəllərimizə belə sahib çıxdıq. Bu gün isə Müzəffər Ali Baş komandan həmin büstləri öz doğma yurdlarına qaytardı, dahi şəxsiyyətlərin ruhunu şad etdi. Bu abidələr dövlət səviyyəsində qorunaraq, paytaxt Bakıda 30 il ərzində öz tarxi məkanına qaytarılacağı üçün saxlanılırdı. Biz bu abidələri hər dəfə İncəsənət Muzeyinin həyətində görəndə kədərlənirdik, amma eyni zamanda hər birimizdə əminlik var idi ki, bir gün onlar Şuşaya mütləq qayıdacaq. Elə Şuşada cənab Prezident də bu barədə bildirdi: “Mən o vaxt dedim ki, bu heykəlləri biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq”.




Könül Nurullayeva müsahibəsində, 30 il əvvəl işğal olunan ərazilərimizin azad olunmasını gənc nəslin də müəyyən etdiyi əsas vəzifələrdən biri olduğunu bildirib:

“Biz 44 gündə dəmir yumruq hesabına qazandığımız qələbə sayəsində doğma, tarixi torpaqlarımıza qayıdırıq. Cənab Prezidentin Cıdır düzündə çıxışı zamanı qeyd etdiyi ən vacib məqamlardan biri son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsi ilə bağlıdır. Məhz 17 ildə, cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil bu torpaqları azad etdi. Təbii ki, böyük qələbəmizdə bütün nəsillərin payı var. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Çünki Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişir. 30 il əvvəl işğal olunan ərazilərimizin azad olunması gənc nəslin də müəyyən etdiyi əsas vəzifələrdən biri idi. Xüsuilə prezident İlham Əliyevin güclü bir lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub. Müharibədə iştirak edən hərbçilərimizin böyük əksəriyyətinin yaşı münaqişənin tarixindən azdır. Məhz bu gənclər öz qanları bahasına düşmənlə döyüş meydanında mübarizə apararaq, qələbəyə nail oldular. Çünki ərazi bütövlüyümüzün təmin olunması Azərbaycanda hər zaman dövlət siyasətinin mərkəzində olub. Məhz Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə cəmiyyətdə mövcud olan həmrəylik daha da dərinləşdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vahid amal uğrunda Prezident İlham Əliyevin də söylədiyi kimi, dəmir yumruq kimi birləşdi”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024