Mobil versiya
Ceyhun Bayramov pakistanlı generalla müzakirə apardı – FOTO
Tarix: 14-01-2021 | Saat: 11:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov pakistanlı generalla müzakirə apardı –



Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana səfəri çərçivəsində Sərhəd İşləri Təşkilatının Baş direktoru, general-mayor Kamal Azfar ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Kamal Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verib. O, 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tunellər, eləcə də telekommunikasiya xətlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib

Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edib. 44 günlük Vətən müharibəsindən sonra münaqişə sonrası bərpa və reabilitasiya mərhələsinə qədəm qoyduğumuzu bildirib.

Hazırda bölgədə aparılan işlər, o cümlədən minadan təmizləmə işləri və infrastruktur layihələri qeyd olunub.

Həyata keçirilən bərpa və tikinti işlərində maraqlı tərəfdaş ölkə və beynəlxalq təşkilatlarla birgə işləməyə hazır olduğumuz vurğulanıb.

Görüşdə tərəflər əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024