AZ RU Mobil versiya
Qarabağ müharibəsinin başa çatması Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni imkanlar açıb
Tarix: 13-01-2021 | Saat: 09:44
Bölmə:Siyasət | çapa göndər

Qarabağ müharibəsinin başa çatması Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni imkanlar açıb


Qarabağ müharibəsinin başa çatması Cənubi Qafqazda infrastrukturun inkişafı üçün yeni imkanlar açıb.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin analitiki Fuad Çıraqovun "The Jamestown Foundation" üçün yazdığı məqalədə deyilir.

Müəllif qeyd edir ki, 2020-ci il bir çox ölkənin tarixinə pandemiya ilə mübarizə ili kimi daxil olsa da, Azərbaycan üçün müstəqilik bərpa olunduqdan sonra ən dinamik və mühüm il olub.

F.Çıraqov yazır ki, ötənilki hadisələrin vacibliyi və nəticələri regionun geosiyasətində özünü göstərəcək:

"Koronavirus böhranının yaratdığı iqtisadi problemlər və müharibə sözsüz ki, Azərbaycan üçün sınağa çevrildi. Amma, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2020-ci il ərzində Azərbaycanın ümumi daxili məhsulu cəmi 4 faiz azalıb, qeyri-neft sektoru isə 11 faiz artıb. Dövlət Neft Fondunun gəlirləri sosial xərclərə baxmayaraq artıb".

Müəllif əlavə edib ki, atəşkəsin bərpa olunması barədə üçtərəfli razılaşmaya uyğun olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Döyüş əməliyyatlarının başa çatmasından sonra azərbaycanlı və regional rəsmi şəxslər, o cümlədən Türkiyə prezidenti Cənubi Qafqazın alternativ gələcəyini təklif ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

556 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2021