Mobil versiya
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı “YAŞAT” Fonduna və “Qarabağ Dirçəliş Fondu”na vəsait köçürmüşdür
Tarix: 12-01-2021 | Saat: 12:07
Bölmə:Gündəm | çapa göndər

“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı “YAŞAT” Fonduna və “Qarabağ Dirçəliş Fondu”na vəsait köçürmüşdür



Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə ölkə Prezidentinin müvafiq Fərmanları ilə “YAŞAT” Fondu və “Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.

Ölkə ictimaiyyətinin böyük rəğbətlə qarşıladığı bu fərmanlardan sonra həmin Fondlara ianələrin köçürülməsində digər təşkilatlar kimi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı da yaxından iştirak edir.

Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi sahəsində uzun müddət fəaliyyət göstərən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı sosial məsuliyyətli prinsiplərə sadiq qalaraq ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşularaq, qeyd olunan işlərin həyata keçirilməsi üçün yuxarıda adları çəkilən Fondların hər birinə 100 min manat olmaqla, sərəncamında qalan mənfəət hesabına cəmi 200 min manat məbləğində vəsait köçürmüşdür.

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərilməsində, habelə işğaldan azad edilmiş ərazilərdə müasir və layiqli həyatın təmin edilməsində sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı bütün vətəndaşları ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024