AZ RU Mobil versiya
Kamaləddin Qafarov:” Azərbaycan xalqını yeni ildə yeni möhtəşəm vəzifələr və uğurlar gözləyir”
Tarix: 12-01-2021 | Saat: 10:28
Bölmə:Manşet / Aktual / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov:” Azərbaycan xalqını yeni ildə yeni möhtəşəm vəzifələr və uğurlar gözləyir”




“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədəki nitqi, ötən ilin parlaq qələbələrinin xalqa hesabatı və 2021-ci il üçün qarşıda duran möhtəşəm vəzifələrin müəyyənləşdirilməsi, strateji hədəflərimizin dəqiq açıqlanması baxımından tarixi bir sənəd kimi dəyərləndirilə bilər”. Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.

K.Qafarov qeyd etmişdir ki, ölkə Prezidentinin müşavirədə ictimai həyatın bir çox sahələrinə -iqtisadiyyat, sosial siyasət, mədəni quruculuğa dair mülahizələri və qarşıya qoyduğu vəzifələr yeni inkişaf və çiçəklənmə dövrünə qədəm qoymuş Azərbaycanın daha qüdrətli olmasına hesablanmış dəqiq strateji yol xəritəsidir.

Millət vəkili, dövlət başçısının da qeyd etdiyi kimi, son illər müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını xüsusi vurğulamışdır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bildik. “Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

K.Qafarov bildirmişdir ki, 2021-ci ildə ölkə qarşısında daha məsul vəzifələr durur. Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 3.4% inkişaf edəcəyi nəzərdə tutulur. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin isə xeyli artacağı proqnozlaşdırılır. 2021-ci ilin dövlət büdcəsi manat ifadəsində son illərin ən böyük büdcəsidir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır.

Cari ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün 2.2 milyard manat ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətlə çıxmaq üçün mühüm bir imkandır.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir. Xeyli sayda əkinə yararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiyməti metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli gəlir əldə etməsinə imkan verəcək. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.

İşğaldan azad olunmuş rayon və kəndlərdə nəqliyyat və turizm infrastrukturunun inkişafı, yeni aeroportların inşası, əkin sahələrinin yaradılması, bölgənin faunasının bərpası kimi uzunmüddətli layihələrin reallaşdırılması da nəzərdə tutulur.

Millət vəkili sonda bildirmişdir ki, dahi Nizaminin anadan olmasının 880-ci ildönümü münasibətilə 2021-ci ilin “Nizami İli” elan olunması böyük mütəffəkirə bir daha minnətdarlıq deməkdir. Bu qədər möhtəşəm layihələrin reallaşdırılacağı bir ildə böyük Nizamini unutmamaq, ona öz haqqını qaytarmaq həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha xüsusi dəyər verməsinin növbəti əyani təsdiqi və göstəricidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

9277 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021