Mobil versiya
“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı AÇIQLAMA
Tarix: 11-01-2021 | Saat: 11:00
Bölmə:Media | çapa göndər

“WhatsApp”dan yeni gizlilik müqaviləsi ilə bağlı


WhatsApp” tətbiqetmənin davamlı istifadəsi üçün 8 fevral tarixinə qədər təsdiqlənməsi ilə bağlı yenilənmiş gizlilik müqaviləsi barədə açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, “WhatsApp” insanların tətbiqetmədən alış-veriş etməsini və müəssisələrdən dəstək almasını asanlaşdırmaq istəyir:

“Şəffaflığı daha da artırmaq və müəssisələrin “WhatsApp” vasitəsilə müştəriləri ilə ünsiyyət qurmasına kömək etmək üçün gizlilik siyasətimizi yeniləyirik. Bu sayədə müəssisələr ana şirkətimiz “Facebook” vasitəsilə etibarlı hostinq almaq imkanı qazanacaqlar.

Bu yeniləmə “WhatsApp”ın “Facebook”la məlumat paylaşmasını dəyişdirmir, insanların dünyanın harasında olursa-olsun, dostları və ya ailəsi ilə xüsusi ünsiyyət qurmalarına təsir göstərmir”.

Qeyd edilir ki, “WhatsApp”da dostlarınız və ailənizlə etdiyiniz söhbətlər və mesajlar şifrələmə ilə qorunur. Şifrələmə məlumatın yalnız sizin və söhbət etdiyiniz şəxs tərəfindən oxunub dinlənilməsini təmin edir. Üçüncü şəxslər hətta “WhatsApp” və ya “Facebook”da bu məzmuna baxa bilmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə