Aİ “Şərq tərəfdaşlığı” ölkələrinin vaksin əldə edə bilməsi üçün sadələşdirilmiş mexanizm yaratmalıdır - Müraciət
Tarix: 06-01-2021 | Saat: 17:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avropa İttifaqı (Aİ) “Şərq tərəfdaşlığı” ölkələrinin Qərbdə istehsal olunan koronavirus vaksinlərini əldə edə bilməsi üçün sadələşdirilmiş mexanizm yaratmalıdır.
Trend-in məlumatına görə, bu barədə Aİ-nin 13 dövlətinin xarici işlər nazirlərinin Avropa Komissiyasına ünvanlanan məktubunda deyilir.
Məktubda qeyd olunur ki, Aİ 2021-ci ilin ilk yarısında keçiriləcək “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində bu proqramın strateji vacibliyini bir daha vurğulayan addım atmalıdır:
“Vaksinlərin əldə olunması üçün sadələşdirilmiş mexanizmin yaradılması bu cür addım ola bilər. Biz əminik ki, Aİ-nin bu addımı “Şərq tərəfdaşlığı” ölkələrinin hökumətləri və vətəndaş cəmiyyətləri tərəfindən yüksək qiymətləndiriləcək və Aİ-nin dünyada geosiyasi rolunu yüksəldəcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024