Mobil versiya
Brüsseldə Ermənistan səfirliyinin qarşısında aksiya - Foto
Tarix: 12-04-2016 | Saat: 10:37
Bölmə:Gündəm | çapa göndər

Brüsseldə Ermənistan səfirliyinin qarşısında aksiya - Foto







Aprelin 11-də Azərbaycan diasporasının 50-dən artıq nümayəndəsi, Azərbayacanın dostları və beynəlxalq hüquq müdafiəçiləri Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan tərəfindən işğalına etiraz əlaməti olaraq aksiya keçiriblər. "Qafqazinfo"ya daxil olan məlumata görə, sanksiyalaşdırılmış etiraz aksiyası Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benelüks ofisinin təşkilatçılığı, Azərbaycan-Bekçika Dostluğu Cəmiyyətinin və Dünya Azərbaycanlıları Konqresinin dəstəyi ilə baş tutub.

Brüsselin tarixi “Square de Meeus” parkında toplaşan etirazçılar, Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb və “Sarqsyan – təxribatçı” , “Mülki vətəndaşları hədəfə almağı dayandırın”, “BMT qətnamələrinə riayət edin – erməni qoşunlarını çıxarın”, “Dağlıq Qarabağın qanunsuz işğalını dayandırın”,“Biz Qarabağıq” “Biz Xocalıyıq” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyası Ermənistan səfirliyi qarşısında başa çatıb.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Demirçi tədbirdə çıxış edib. O, bildirib ki, bu tədbir Azərbaycan və Ermənistan tərəfindən işğal edilmiş ərazilər arasında təmas xəttində görünməmiş səviyyədə zorakılığın baş verməsi, bunun nəticəsində onlarla Azərbaycan hərbçisinin və mülki vətəndaşlar arasında tələfata etirazdır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt bu problemə toxunaraq deyib: “Mən Dağlıq Qarabağda baş verən zorakılıqlarla bağlı hesabatlardan çox narahatam və insanlar həlak olduğuna görə çox məyusam. Bütün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq dərhal çıxarılmalıdır”.

Avropa İttifaqının ali nümayəndəsi, vitse-prezident Federika Mogherini bildirmişdi: “Təmas xətti boyunca ağır döyüşlər barədəki məlumatlar dərin narahatlıq doğurur. Avropa Birliyi insan itkilərinə, xüsusilə mülki əhalinin tələfatına görə təəssüf hissi keçirir”.

BMT Təhlükəsizlik Şurasının artıq 22 ildir qəbul etdiyi, lakin icra olunmayan qətnamələri yerinə yetirilənə qədər Ermənistana qarşı

sanksiyalar tətbiq olunmalıdır. Bunun vaxtı artıq gəlib çatıb. Bu qətnamələr Ermənistan silahlı qüvvələrindən Azərbaycan ərazilərini tərk etməyi və işğalın qurbanları olan 1 milyona yaxın qaçqın və məcburi köçkünə öz evlərinə qayıtmaq imkanı yaratmağı tələb edir.



Mənbə: Qafqazinfo.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024