Mobil versiya
DİN bayramla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Tarix: 30-12-2020 | Saat: 17:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

DİN bayramla bağlı vətəndaşlara xəbərdarlıq etdi



Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən aia.az -a daxil olan məlumatda deyilir:

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə vətəndaşlarımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk.

Bayram günləri ərəfəsində həm də koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamağa, virusa yoluxma riskinin dəfələrlə artımına səbəb olan toplaşmalardan çəkinməyə, özünütəcrid qaydalarına riayət etməyə çağırırıq.

Kütləvi halda toplaşmaq və ya yürüş etmək kimi qanunazidd hallara da qəti yol verilməməlidir. Əks təqdirdə, həmçinin sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə hüquqi məsuliyyət tədbirləri görüləcəkdir.

Hər birinizə gözəl bayram ovqatı arzulayırıq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024