“Milli Məclis erməni vəhşiliyinin beynəlxalq aləmdə ifşası istiqamətində ciddi addımlar atıb”
Tarix: 30-12-2020 | Saat: 17:46
Bölmə:Manşet / Siyasət | çapa göndər
Məşhur Məmmədov: “Deputatlarımız erməni vandalizmi ilə bağlı dünyanın bir sıra xarici media orqanlarına çoxsaylı açıqlamalar, müsahibələr verib”
Milli Məclisin bugünkü iclasında parlamentin sədri Sahibə Qafarova, rəhbəri olduğu qurumun erməni cinayətlərinin beynəlxalq aləmdə ifşası istqiamətində gördüyü işlərdən bəhs edib, bununla bağlı maraqlı faktlar səsləndirib. Milli Məclis sədri qeyd edib ki, parlament erməni vandalizmi ilə bağlı xarici ölkələrin parlamentinə 500-dən çox məktub göndərib:
“Bizim əsas vasitəmiz parlament diplomatiyası idi. Erməni faşistlərinin iç üzünü açmaq üçün bütün işlər görülüb. 500-ə qədər məktub xarici ölkələrin parlamentlərinə göndərilib. Deputatlarımız xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib, telefonla danışıb, haqq işinə öz dəstəyini vermək üçün əlindən gələni ediblər. Milli Məclisdə Prezident İlham Əliyevə müraciət qəbul edilib, Qarabağ müharibəsinin başa çatması münasibətilə müdrik rəhbəri təbrik edib, xalqımıza təşəkkürümüzü çatdırmışıq. Vətən müharibəsi başa çatdıqdan sonra Fransa və İtaliya parlamentlərarası dostluq qruplarının üzvləri Azərbaycana gəlib və erməni terrorçularının törətdiyi cinayətlərlə yerində tanış olublar”.
Milli Məclisin fəaliyyəti ilə bağlı səslənən məlum fakt erməni vandalizminin beynəlxalq miqyasda ifşası baxımından Azərbaycan parlamentinin ciddi fəaliyyət ortaya qoymasının isbatı sayıla bilərmi? Bu fəaliyyətin 2021-ci ildə də davam etdirilməsi nə dərəcədə əhəmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, parlamentin Milli Məclis sədri Sahibə Qafarovanın rəhbərliyi altında erməni cinayətlərinin ifşası istiqamətində ciddi işlər gördüyünə diqqət çəkdi:
“Azərbaycan Respublikasının Milli Məclisi hər zaman Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə yayılması, erməni cinayətlərinin dünya ictimaiyyətinə çatırılması istiqamətində ardıcıl iş aparıb. Vətən müharibəsi dönəmində isə parlament Milli Məclis sədri Sahibə xanımın rəhbərliyi altında erməni vandalizminin ifşası, Ermənistanın hərbi cinayətlərinin beynəlxalq aləmdə qınaq obyektinə çevrilməsi istiqamətində ciddi fəaliyyət ortaya qoydu. Milli Məclis, eləcə də onun komitə və deputatları adından digər dövlətlərin parlamentlərinə ünvanlanan məktublarda erməni cinayətlərindən ətraflı bəhs edilib, bu cinayətlərin mahiyyət etibari ilə bütün bəşəriyyətə qarşı yönəldiyinə diqqət çəkilib. Bundan başqa, Milli Məclis deputatları erməni vəhşilikləri ilə bağlı dünyanın bir sıra xarici media orqanlarına çoxsaylı açıqlamalar, müsahibələr verdi ki, bu da beynəlxalq ictimaiyyətin erməni barbarlığı haqqında çevik şəkildə məlumatlandırılmasında mühüm rol oynadı.
Parlamentimiz Milli Məclis sədri Sahibə xanımın rəhbərliyi altında bundan sonra da dövlət maraqlarımızın qorunmasında, dövlətimizin müstəqilliyinin möhkəmlənməsində, erməni vəhşiliyinin ifşasında ciddi addımlar atacaq, bu istiqamətdə hər zaman eyni əzmlə çalışacaqdır.
Mən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə də xalqımızı təbrik edirəm. Bu il bütün çətinliklərə, ərazi bütövlüyümüzün bərpası naminə verilən bütün itkilərə rəğmən, şanlı və unudulmaz il oldu. Əsrlər keçəcək, Qarabağa azadlıq gətirən 2020-ci il hər zaman xatırlanacaq, bizə bu böyük qalibiyyəti yaşadan şəhidlərimiz, qəhrəmanlarımız minnətdarlıq hissi ilə yad ediləcək”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024