Mobil versiya
Polad Bülbüloğlu: “Bəzi silahlı qruplaşmalar hələ də Qarabağda revanş almağa ümid bəsləyirlər”
Tarix: 30-12-2020 | Saat: 15:08
Bölmə:Siyasət | çapa göndər

Polad Bülbüloğlu:


“Bəzi silahlı qruplaşmalar hələ də Qarabağda revanş almağa ümid bəsləyirlər, bu, sabitliyin pozulmasına gətirib çıxarır və adekvat cavab tədbirləri zərurəti yaradır.

Bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Polad Bülbüloğlunun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan tərəfi ilə aktiv koordinasiya şəraitində iştirakı ilə dekabrın 10-da Xocavənd rayonunun kəndlərində yaranmış vəziyyət nəzarətə götürülüb.

“Dekabrın 27-də Ermənistan silahlı qüvvələrinin kiçik bir dəstəsi Xocavənd rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan ordusunun bölmələrinə hücum edib. Azərbaycan ordusunun bir hərbi qulluqçusu şəhid olub, biri yaralanıb. Cavab tədbirləri nəticəsində qanunsuz erməni silahlı qruplaşmasının altı üzvü məhv edilib”, - deyə səfir bildirib.

Polad Bülbüloğlu ümumilikdə bölgədə atəşkəs rejiminin gözlənildiyini, atəşkəsin pozulmasına tək-tək hallarda rast gəlindiyini qeyd edib.

Polad Bülbüloğlu Qarabağ müharibəsinə nöqtə qoyulduğunu bildirib:

“Bunu hər kəs anlamalı və qəbul etməlidir. Bunu nə qədər tez anlasalar, bir o qədər bütün regionun xeyrinə olacaq. Yeni imkanlar pəncərəsi açılıb. İrəli sürülən iqtisadi və nəqliyyatın inkişafı planlarına alternativ yoxdur. Bunu da anlamaq lazımdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024