Mobil versiya
Ermənistan prezidenti hökuməti istefaya çağırdı
Tarix: 28-12-2020 | Saat: 18:09
Bölmə:Siyasət | çapa göndər

Ermənistan prezidenti hökuməti istefaya çağırdı



Ermənistan hökuməti istefa verməlidir.

Azvision.az xəbər verir ki, bunu prezident Armen Sarkisyan Gümrü sakinləri ilə görüşdə deyib.

“Ermənistan hökuməti Qarabağdakı müharibənin nəticələri ilə əlaqədar səhifəni bağlamaq və insanlara ümid vermək üçün istefaya getməlidir.

İlk gündən prezident olaraq çox sadə bir həll təklif etdim - hökumət istefa versin, çünki məğlub olub, davam etmək çox çətindir. Eyni zamanda, əgər hökumətin heç bir günahı olmasa belə, istənilən halda bu səhifə bağlanmalı və insanlara ümid ümid vermək üçün yenidən başlanmalıdır", - deyə A.Sarkisyan əlavə edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamasından sonra İrəvanda onun istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Müxalif qüvvələr hökumətin keçmiş başçısı Vazgen Manukyanı baş nazir vəzifəsinə namizəd irəli sürüb.

25 dekabrda Paşinyan siyasi qüvvələri 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrə dəvət edib.

Ermənistan prezidenti Nazirlər Kabinetinin istefasının, müvəqqəti hökumətin qurulmasının və növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini dəfələrlə bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024