Mobil versiya
Ölməzlərdən biri
Tarix: 24-12-2020 | Saat: 17:12
Bölmə:Gündəm | çapa göndər

Ölməzlərdən biri


Ölümündən sonra Vətən uğrunda medalla təltif olunub.

27 sentyabr tarixində Azərbaycan ordusu mənfur düşmənin növbəti təxribatı ilə üzləşdi. Lakin bu dəfə erməni vandalları çox ağır, ağlagəlməz bir durumla üz-uzə gəldilər. Azərbaycan ordusu düşməni sülhə məcburetmə əməliyyatına başladı. Bütün xalq Ali Baş Komandan ətrafında yumruq kimi birləşdi. Minlərlə vətənpərvər oğullarımız könüllü olaraq hərbi komissarlıqların qarşısında döyüşlərə qatılmaq məqsədilə müraciət etmək üçün toplaşmışdı.

Vətənin ağır günündə sinəsini qabağa verib torpaqlarımızı işğaldan azad etmək məramı ordu sıralarında xidmət edən Vətən övladlarının da çoxdankı arzusu idi. Bu sırada olan ürəyi döyüşə atılan igidlərimizdən biri də Hətəmxan Quliyev olmuşdur. Hətəmxan 1990-cı ilin 24 martında Sumqayıt şəhərində doğulub. Əslən Cəbrayıl şəhərindəndir. Valideynləri doğma ocaqlarından didərgin düşəndə körpə yaşlarında idi. Böyüdükcə, olanları dərk etdikcə düşmənə olan nifrəti onun gələcək həyat yolunu birdəfəlik hərb sənəti ilə bağladı. On dörd yaşında ikən Naxçıvanski adına hərbi liseyə daxil olur. Daha sonra H.Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra təyinatla ön xəttə, cəbhəyə göndərilir. 2016-cı ilin aprelində erməni faşistlərinə qarşı aparılan uğurlu döyuşlərin birində igidliklə vuruşan Vətən oğullarından biri olub. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə, verilən tapşırıqların öhdəsindən bacarıqla gəldiyinə görə kapitan rütbəsi almış və Tərtər rayonunda yerləşən hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
27-28 sentyabr tarixdə düşmən üzərinə atılan ordularımız sırasında onun xidmət etdiyi hərbi hissədə var idi. Əsgərlər öz komandirlərini sevir və ona inanırdılar. İnanırdılar ki, tezliklə düşməni darmadağın edib qələbə müjdəsi ilə xalqımızı sevindirənlərin ön sıralarında oıacaqlar. Əslində belə də oldu. Lakin düşmən üzərində Zəfər gününü görmək Hətəmxana qismət olmadı. Ağdərə uğrunda gərgin döyüşlərin getdiyi bir vaxtda xain düşmən gülləsinə tuş gəldi. 2888-dən biri olan əbədiyyət yolçusu xalqımızın qürur və and yeri olan şəhidlərimizin sırasında özünə yer aldı. Lakin bu gün, müzəffər Azərbaycan ordusu düşmən üzərində şanlı qələbəsini qeyd etdiyi bir vaxtda bütün şəhidlərimiz sırasında ölməzlərdən biri olan Hətəmxan Quliyevin də ruhu şaddır. Adlarını yurdumuzun şərəf və qəhrəmanlıq tarixinə yazmış Hətəmxanlar gələcək nəsillərin qəlbində ən müqəddəs ölməzlik rəmzi kimi yaşayacaqdır.

Nüsrət İsaoğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-02-2025