Mobil versiya
Ceyhun Bayramov İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Tarix: 22-12-2020 | Saat: 17:38
Bölmə:Siyasət | çapa göndər

Ceyhun Bayramov İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb





22 dekabr 2020-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov İndoneziya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Hildi Hamidin etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən aia.az-a bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycana səfir təyin olunması münasibətilə Hildi Hamidi təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İndoneziya arasında mövcud olan dostluq münasibətlərini qeyd edən nazir, bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmində olduğumuzu vurğulayıb. Ölkələrin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq platformalarda əməkdaşlığından razılıq ifadə olunub. İndonizeyanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd olunub.

Səfir Hildi Hamid Azərbaycan hökumətini və Azərbaycan xalqını ölkənin ərazi bütövlüyünün bərpa edilməsi və Qələbə münasibətilə təbrik edib. 10 noyabr tarixli üçtərəfli bəyanatın bölgədə sülhün təmin edilməsinə xidmət edəcəyindən inam ifadə olunub. İndoneziyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığı və bölgədə sülhün təmin olunması üçün bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyi vurğulanıb.

Səfir İndoneziya xarici işlər naziri xanım Retno Marsudinin salamlarını Nazir Ceyhun Bayramova çatdırıb. O, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov Səfirə təşəkkürünü bildirib və Xarici işlər naziri xanım Retno Marsudi ilə telefon danışığına istinad edərək İndoneziya ilə dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün potensialın mövcud olduğunu vurğulayıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024