Deputat: İtaliya ilə imzalanan əməkdaşlıq sazişinin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də böyükdür
Tarix: 19-12-2020 | Saat: 23:21
Bölmə:Manşet / Siyasət | çapa göndər
Hazırda Azərbaycana dəymiş ziyan qiymətləndirilir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinə də artıq başlanılıb. Yol tikintisi ilə bağlı müqavilələr imzalanıb. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan bərpa işlərinə dost ölkələrin cəlb olunacağını ilk günlərdən bəyan edib. Məlumdur ki, birinci müqavilə Türkiyə şirkəti ilə imzalanıb, ikinci dost ölkə isə İtaliyadır. Ötən gün İtaliya ilə videokonfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalandı. İtaliyalı dostlarımız Qarabağda energetika infrastrukturunun yaradılmasında iştirak edəcəklər. Beləliklə, Azərbaycanın dost münasibəti sərgiləyən tərəfdaşlar arasında səmərəli əməkdaşlığın yeni mərhələsi başlayır. Bu müqavilələrin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də böyükdür.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi zamanı İtaliya hər zaman Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. İtaliyalı parlamentarilər Ermənistanın müharibə cinayətləri ilə yerində tanış olublar. Xatırlatmaq yerinə düşər ki, 1992-1993-cü illərdə İtaliya indiki ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin nizamlanması istiqamətində danışıqlar prosesinə cəlb olunub. Ümumiyyətlə, Azərbaycan-İtaliya münasibətləri hər zaman yüksək səviyyədə olub. Qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar yaradıb.
K.Nurullayeva əlavə edib ki, xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyində təmir-bərpa işlərinin həyata keçirilməsi əməkdaşlığa əlavə töhfələr verib.
Deputat deyib: “Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan özü layihələri maliyyələşdirəcək, amma rəsmi Bakı dost ölkələrin şirkətlərinin həm bu prosesdə iştirakında, həm də həmrəylik nümayiş etdirməsində maraqlıdır. Biz dostlarımızla sona qədər etibarlı və uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindəyik”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı