Mobil versiya
FHN-in bölmələri işğaldan azad edilən ərazilərə köçürülüb - Nazir
Tarix: 16-12-2020 | Saat: 09:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

FHN-in bölmələri işğaldan azad edilən ərazilərə köçürülüb -



İşğaldan azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yanğın mühafizə xidmətləri fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə fəaliyyət dairəsini genişləndirdi, işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başladı: "Artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzili, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024