İpək Yolu istiqamətinin birgə inkişaf etdirilməsi məsələsi pakistanlılarla müzakirə edilib
Tarix: 14-12-2020 | Saat: 17:02
Bölmə:Gündəm | çapa göndər
![İpək Yolu istiqamətinin birgə inkişaf etdirilməsi məsələsi pakistanlılarla müzakirə edilib](https://cdn.trend.az/2015/09/01/railway_repair_010915_02.jpg)
Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri ilə birlikdə turizm baxımından İpək Yolu istiqamətinin birgə inkişaf etdirilməsi məsələsini müzakirə edib.
Dövlət Turizm Agentliyindən aia.az-a verilən məlumata görə, Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri arasında “Turizm və Davamlı İnkişaf Məqsədləri” mövzusunda keçirilən onlayn görüş zamanı iştirakçılara Azərbaycanın turizm potensialı nümayiş olunub.
Eyni zamanda, iki ölkə arasında postpandemiya dövründə gəlmə və getmə turizminin inkişaf etdirilməsi, investisiya yatırımlarının artırılması kimi məsələlər müzakirə edilib.
Pakistandan olan iştirakçılara işğaldan azad olunan Qarabağ bölgəsinin turizm imkanları və yaradılacaq yeni turizm marşrutları haqqında geniş məlumat verilib.
Azərbaycanın pakistanlılar üçün turizm destinasiyası kimi cəlbedici ölkə olduğunu bildirən Pakistanın turizm şirkətləri bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüş çərçivəsində tərəfləri maraqlandıran suallar cavablandırılıb və sonda Azərbaycan Turizm Bürosu 2021-ci ilin mart ayında Pakistanda keçiriləcək “Beynəlxalq İpək Yolu Konfransı”na dəvət olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər