Mobil versiya
Fədakar həkim Araz Cahangirov
Tarix: 11-12-2020 | Saat: 17:34
Bölmə:Gündəm | çapa göndər

Fədakar həkim Araz Cahangirov



Koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda istər karantində, istərsə də sıradan xəstəxanalarda gecə-gündüz canını ortaya qoyan həkimlərimiz əsil fədakarlıq nümayiş etdirirlər. Ağır rejimdə çalışan həkimlərin çoxu öz ailələrindən belə təcrid olunublar. Məhz həkimlərimizin gərgin əməyi, fədakar səyləri sayəsində bu gün minlərlə insanımız bütün dünyanı təhdid edən Koronavirus infeksiyasından qurulub, sağalaraq normal həyata qayıda biliblər.

Belə fədakar həkimlərimizdən biri də Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Araz Cahangirovdur. Əslində Araz həkim uşaq xəstəlikləri üzrə mütəxəssisdir. Elə pandemiyadan əvvəlki dövrdə də işlədiyi xəstəxanada Uşaq xəstəlikləri şöbəsinə rəhbərlik edib. Lakin yaranmış vəziyyətlə əlaqədar olaraq, bir çox digər həkimlərimiz kimi, Araz Cahangirov da bütün bilik və təcrübəsini COVİD-19-la mübarizəyə yönəldib. Bu gün Araz həkimin müalicə etdiyi xəstələr ona çox minnətdardırlar. Çünki onun peşəkarlığı və fədakarlığı həmin insanlarda güclü ümid və həyata bağlılıq hisslərini oyadır. Araz həkimin müalicə etdiyi Bəhram Yaqubov isə deyir ki, hər bir xəstənin sağlamlığının bərpa olunmasında onun öz həkiminə olan inamı, etibarı böyük rol oynayır. Məhz bu baxımdan da Araz Cahangirov öz xəstələri ilə münasibətləri çox doğru müstəvidə qura bilmişdir. Araz həkimin hər xəstəyə fərdi yanaşma tərzi, hər kəsə öz doğması, öz yaxını kimi xidmət göstərməsi onu pasiyentlərinin əsl sevimlisinə çevirib.

Biz də öz növbəmizdə həkim Araz Changirova və onun şəxsində bütün səhiyyə işçilərimizə bu ağır sınaq dövründə göstərdikləri fədakarlıq və peşəkarlıqlarına görə ən səmimi təşəkkürümüzü bildiririk. Hər şeyə görə çox sağ olun əziz həkimlər! Yaxşı ki, varsınız!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024