Mobil versiya
Ərdoğan: "Birliyimiz Qarabağın azad edilməsi ilə taclandırıldı"
Tarix: 11-12-2020 | Saat: 14:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ərdoğan:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Bakıdan geri qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

aia.az xəbər verir ki, Ərdoğan Azərbaycanla əlaqələrin daha da genişlənəcəyini deyib, Qarabağın yenidən bərpa olunmasında Türkiyənin də böyük rol oynayacağını bildirib.

“Azərbaycana tarixi ziyarət həyata keçirdik. Qarabağ Zəfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində dönüş nöqtəsidir. "Bir millət, iki dövlət” deyimi Azərbaycanla həmrəyliyimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad edilməsi ilə taclandırıldı. Qarabağ Zəfərini gətirən 44 günlük mübarizə boyunca biz Azərbaycanın yanında olduq. İlham qardaşımla mütəmadi olaraq telefonla danışırdıq”, - deyə Ərdoğan vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024