"Azərbaycan və Türkiyə həm yaxşı, həm də pis gündə bir yerdə olan qardaş dövlətlərdir"
Tarix: 11-12-2020 | Saat: 12:53
Bölmə:Manşet / Siyasət | çapa göndər
Bu gün 44 günlük Vətən Müharibəsində əldə edilən tarixi zəfərin şərəfinə Bakının “Azadlıq” meydanında təntənəli parad təşkil edilib. Paradda Azərbaycan və Türkiyənin dövlət başçıları, o cümlədən Azərbaycan ordusunun əsgərləri ilə yanaşı, bir qrup Türkiyə hərbçisi də iştirak edib.
Paradda Azərbaycan və Türkiyə hərbçilərinin birgə iştirakı hər iki dövlətin dünyaya verdiyi birlik, bərabərlik və qardaşlıq mesajı kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və toxunulmaz olduğuna diqqət çəkdi:
“Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının qədim tarixi var. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamı, habelə ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsi iki dövlət arasındakı münasibətlərin nə qədər doğma, nə qədər yaxın olduğunu göstərir. 44 günlük Vətən Müharibəsində biz bu həqiqətə bir daha şahid olduq.
Biz qanı dili, dini bir olan xalqlar kimi tarixin bütün mərhələlərində bir-birimizin yanında olmuşuq. Onu da qeyd edim ki, bu gün Azərbaycan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsində bu ölkələrin prezidentlərinin mühüm əməyi mövcuddur. İstər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, istərsə də qardaş Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın iki dövlət arasında münasibətləri inkişaf etdirmək səyləri, bu münasibətlərin inkişafına çox böyük töhfələr verməkdədir.
Türkiyənin Qarabağ məsələsində Azərbaycana müharibədən öncə də böyük dəstək verdiyi, erməni işğalına etiraz əlaməti olaraq Ermənistanla sərhəddi bağladığı, onun işğalçılıq siyasətini beynəlxalq müstəvidə qətiyyətlə ifşa etdiyi hər kəsə məlumdur. Azərbaycan və Türkiyə həm yaxşı, həm də pis gündə bir yerdə olan qardaş dövlətlərdir. Bu gün keçirilən parad bir daha göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, müqəddəsdir, toxunulmazdır”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
09:29 "Brent" nefti bahalaşdı
31-10-2024