Mobil versiya
Bütün Rusiyanın Patriarxı Qarabağda sülhə töhfə verməyə hazırdır
Tarix: 06-04-2016 | Saat: 14:30
Bölmə:Gündəm / Seçilənlər-2 | çapa göndər

Bütün Rusiyanın Patriarxı Qarabağda sülhə töhfə verməyə hazırdır
Patriarx Kirill Allahşükür Paşazadə və II Qareginə məktub ünvanlayıb.

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginə məktub ünvanlayıb.

Məktubda Rusiya Pravoslav Kilsəsinin rəhbəri Dağlıq Qarabağda onlarla adamın öldüyü və yüzlərlə nəfərin yaralanmasıyla nəticələnən hərbi əməliyyatlar barədə xəbərləri narahatlıq və həyəcanla qəbul etdiyini bildirib.

Aia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Pravoslav Kilsəsinin saytı məlumat yayıb.

Məktublarda Patriarx Kirill tərəflərin ən qısa zamanda atəşkəs rejiminə əməl edəcəyinə və barışıq əldə olunacağına ümid etdiyini bildirib. O, bu çətin günlərdə öz dualarıyla Azərbaycan və Ermənistan xalqıyla birgə olduğunu qeyd edib.

O, Şeyxülislam Allahşükür Paşazadə və katolikos II Qaregini qan və düşmənçiliyi dayandırmaq üçün bütün nüfuzlarından istifadə etməyə çağırıb.

“Öz adımdan deyə bilərəm ki, Qarabağ münaqişəsinin həllinə hərtərəfli töhfə verməyə hazıram”, - deyə Patriarx sözlərini bitirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024