Mobil versiya
Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəyik - İtaliya Deputatlar Palatasının sədr müavini
Tarix: 07-12-2020 | Saat: 17:46
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəyik -


İtaliya Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir. Trend-in məlumatına görə, İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato bu gün rəhbərlik etdiyi nümayədə heyətinin Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə

E.Rosato bildirib ki, onların Azərbaycana səfəri məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir.

Qonaq qeyd edib ki, siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir: “İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır”.

E.Rosato qeyd edib ki, Azərbaycanın dostu kimi onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər.

E.Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.

Görüşdə çıxış edən İtaliya Deputatlar Palatasının üzvü, İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının rəhbəri Rossana Boldi, İtaliyalı senatorlar Maria Rizzotti, Adolfo Urso, Deputatlar Palatasının üzvü Pino Kabras, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrimizin bugünü və gələcək inkişaf perspektivləri, həyatın digər sahələrində münasibətlərimizin daha da dərinləşməsi barədə öz fikirlərini bölüşüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-10-2024