Mobil versiya
Təvəkkül Əliyev: “Ali Baş Komandanımızın polad iradəsi Azərbaycanın qələbəsini təmin etdi”
Tarix: 03-12-2020 | Saat: 15:38
Bölmə:Gündəm | çapa göndər

Təvəkkül Əliyev: “Ali Baş Komandanımızın polad iradəsi Azərbaycanın qələbəsini təmin etdi”




“Şuşanın işğaldan azad edilməsi Azərbaycanın apardığı Vətən müharibəsinin müqəddəratını həll etdi. Həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə məhz Füzuli-Şuşa yolunun çəkilişi ilə başlanmasına göstəriş verməklə Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın bütün Azərbaycan üçün əhəmiyyətini bir daha vurğulamış oldu” – bu sözləri Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə saytımıza verdiyi müsahibəsində Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev deyib.

Öz müsahibəsində Təvəkkül Əliyev ilk növbədə əldə olunmuş qələbəmizin əsasında duran müasir ordu quruculuğu amilinin vacibliyini qeyd edərək bunları demişdir: “Azərbaycan 44 gün ərzində davam edən Vətən müharibəsinin gedişində bütün dünyaya XXI əsrin yeni ordu modelini təqdim etdi. Əlbəttə ki, bu ordu qısa müddət ərzində qurulmayıb. Hələ 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 17 il ərzində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Hətta ən mötəbər beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin əks fikirlərinə rəğmən Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, münaqişənin hərbi yolla da həll variantı var və lazım gələrsə Azərbaycan bu yoldan istifadə etmək hüququnu özündə saxlayır. Bu gün də Azərbaycan məhz bu hüququndan istifadə etdi və bununla da tarixi ədaləti bərpa etmiş oldu.”

Daha sonra müsahibimiz Azərbaycanın apardığı Vətən müharibəsinin gedişində və ən əsası da tarixi zəfərlə başa çatmasında məhz Şuşa əməliyyatının açar nöqtəsi olduğunu xüsusi olaraq qeyd etmişdir: “Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi bəlkə də əvvəllər heç zaman görünməmiş bir səviyyədədir. Möhtərəm Prezidentimizin tarixi qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Məhz Ali Baş Komandanımızın polad iradəsi və sarsılmaz qətiyyəti Şanlı Azərbaycan Ordusunu da döyüş meydanında ruhlandırır və düşmənə sarsıdıcı zərbələr vurmasını təmin edirdi. Beləliklə, noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin ildırım sürətli həmləsi ilə əldə edildi. Nəhayət düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı.”

Müsahibənin sonunda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərlərindən bəhs edən Təvəkkül Əliyev bunları dedi: “Bildiyiniz kimi, noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham

Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə, noyabrın 23-də isə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər. Heç şübhəsiz bu tarixi səfərlərin əhəmiyyəti çox böyükdür. Müzəffər Ali Baş Komandan Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə və Ağdam şəhərində Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bu torpaqların əsil sahibinin Azərbaycan xalqı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Həmçinin möhtərəm dövlət başçımız işğaldan yeni azad edilmiş torpaqlarımızda dərhal quruculuq işlərinə, yol çəkilişinə başlanması barədə göstəriş verməklə Azərbaycan xalqının bu torpaqlara artıq əbədi qayıtması barədə dünyaya növbəti mesajını göndərdi. Belə ki, hərbi əməliyyatların sona çatmasından cəmi 8 gün keçmiş, Azərbaycan artıq işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinə başladı. Füzuli rayonunda olduğu zaman möhtərəm Prezidentimiz cənab İlham Əliyev buradan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və artıq bu yolun inşasına start verilib. Füzuli – Şuşa avtomobil yolunun təməlqoyma mərasimində çıxış edən Ali Baş Komandan bu layihənin müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.” Diqqətəlayiq haldır ki, Füzuli–Şuşa avtomobil yolunun çəkilişi işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Əlbəttə ki, bu layihə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının azad edilmiş torpaqlarımızda həyata keçirəcəyi möhtəşəm quruculuq işlərinin başlanğıcıdır və bu başlanğıc həmin ərazilərə tezliklə normal həyatın qayıdacağını şərtləndirən ən mühüm amillərdən biridir.”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024