Mobil versiya
Mirəlif Əzizov: “Azərbaycanın ən möhtəşəm qələbəsi Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır”
Tarix: 02-12-2020 | Saat: 17:49
Bölmə:Gündəm | çapa göndər

Mirəlif Əzizov: “Azərbaycanın ən möhtəşəm qələbəsi Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır”




“Bu gün Azərbaycan xalqı öz tarixi qələbəsinin sevincini yaşamaqda davam edir. Dekabr ayının 1-də işğal altında olan son ərazilərimizdən, Laçın rayonundan erməni işğalçılarının çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Sözsüz ki, Azərbaycanın ən möhtəşəm qələbəsi olan bu tarixi zəfər də Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır” – bu sözləri saytımıza verdiyi müsahibəsində Sabirabad Mexaniki Suvarma İdarəsinin rəisi Mirəlif Əzizov demişdir.

Öz müsahibəsində Mirəlif Əzizov ilk növbədə Azərbaycanın apardığı Vətən müharibəsində əldə etdiyi bu qələbənin arxasında duran ən vacib amillərdən birinin ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin olduğunu xüsusi vurğulamışdır: “Birmənalı olaraq qeyd olunmalıdır ki, bu gün Azərbaycanın bütün uğurlarının əsasında duran ən vacib məqamlardan biri xalq-iqtidar birliyidir. Bu məqamı öz çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır. Torpaqlarımızın azad edilməsi uğrunda apardığımız bu Vətən müharibəsində də Azərbaycan xalqı öz Prezidentinin ətrafında bir polad yumruq kimi birləşdi və bu yumruq son nəticədə düşmənin başını əzdi. Məhz bu birliyi parçalamaq, insanlarımızda dövlətə qarşı inamsızlıq hissi yaratmaq məqsədilə düşmən mütəmadi olaraq ən çirkin təxribatlara əl atdı. Hərbi əməliyyatlar zonasından kifayət qədər uzaqda yrləşən şəhər və rayonlarımız raket atəşinə tutuldu, dinc əhali hədəfə alındı. Lakin bütün bunlar Azərbaycan xalqını sarsıda bilmədi. Əksinə yumruq daha möhkəm sıxıldı və düşmən son nəticədə ölümcül zərbə aldı.”

Həmçinin idarə rəisi öz müsahibəsində Azərbaycan əsgərinin şücaətini xüsusi vurğulayaraq, cənab Ali Baş Komandanın da məhz bu məqama daha çox önəm verdiyini diqqət mərkəzinə çəkdi: “Heç şübhəsiz, 8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqına Şuşanın işğaldan azad edilməsi müjdəsini çatdırmaq üçün məkan olaraq məhz Şəhidlər Xiyabanını seçməsi xüsusi məna daşıyır. Möhtərəm dövlət başçımızın da deiyi kimi, bütün qələbələrimiz rəşadətli Azərbaycan əsgərinin şücaəti sayəsində və onun qanı bahasına əldə olunmuşdur. Buna görə də cənab Ali Baş Komandan Şuşanın alınması barədə xəbəri xalqa çatdırmazdan öncə ilk olaraq Ulu Öndərimizin, sonra isə şəhidlərimizin məzarlarını ziyarət etmiş və bununla da onların ruhlarını şad etmişdir. Bəli, Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə əməl olundu və şəhidlərimizin də qanı yerdə qalmadı. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz Ali Baş Komandanına layiq oldu və müqəddəs Vətən torpaqlarını böyük şücaətlə düşməndən azad etdi. Bu gün isə Ali Baş Komandanımızın işğaldan azad edilmiş ərazilərə səfər edərək orada şanlı bayrağımızı ucaltması yaşadığımız sevic və qürur hisslərini sonsuza qədər artırır.”

Daha sonra Mirəlif Əzizov Vətən müharibəsində qələbəmizi təmin edən ən mühüm amillərdən birinin də güclü iqtisadiyyatın olduğunu qeyd edərək bunları dedi: “Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanmışdı. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdir. Biz o silahları alırdıq ki, bu silahlar bizim

üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bu tarixi zəfərə imza atan Azərbaycan xalqı öz möhtəşəm qələbəsinin sevincini yaşamaqda davam edir. Dekabr ayının 1-də işğal altında olan son ərazilərimizdən, Laçın rayonundan erməni işğalçılarının çıxarılması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Sözsüz ki, Azərbaycanın ən möhtəşəm qələbəsi olan bu tarixi zəfər də Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024