Mobil versiya
WT: Ermənistan Azərbaycanı təcavüzkar kimi tanıtdırmaq istəyir
Tarix: 06-04-2016 | Saat: 12:05
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”.

ABŞ-da nəşr edilən “The Washington Times” qəzetində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində münaqişənin gərginləşməsi haqqında məqalə dərc edilib.

Aia.az Report-a istinadən xəbər verir ki, məqalədə regiondakı son şiddət qığılcımının son iyirmi il ərzində ən ciddi qarşıdurma olduğu qeyd edilib.

Məqalənin müəllifi olan siyasi şərhçi Castin Emler Azərbaycanın işğal edilmiş torpaqlarındakı son hadisələri Ermənistanın Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona - Nüvə Təhlükəsizliyi Sammitinə səfərinə reaksiyası kimi dəyərləndirib. Müəllif yazıb ki, Azərbaycan Prezidentinin ABŞ-a dəvət edilməsi rəsmi Vaşinqtonun Azərbaycanın qlobal nüvə təhlükəsizliyi və terrorla mübarizədə artan strateji rolunu tanımasını göstərir.

Siyasi və iqtisadi müstəqilliyini itirmiş Ermənistandan danışan müəllif erməni millətçiliyi və Azərbaycana qarşı təcavüzün Ermənistanı uçuruma sürüklədiyini vurğulayıb.
Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca yerləşən kəndlərə hücumu Azərbaycan Silahlı Qüvvələrinin cavab verməsi üçün nəzərdə tutulmuş təxribat olub. Müəllif qeyd edib ki, Ermənistan məqsədi Azərbaycana olan müsbət diqqəti yayındırmaq və Azərbaycanı dünyaya təcavüzkar kimi tanıtdırmaq olub.

“Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, eləcə də AŞPA-nın qətnamələriylə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”, - məqalədə yazılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024