AZ RU Mobil versiya
ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? - Təşkilatdan açıqlama
Tarix: 27-11-2020 | Saat: 11:17
Bölmə:Karusel / Siyasət | çapa göndər

ATƏT Qarabağda bundan sonra hansı rol oynaya bilər? -



Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsinin iştirak etdiyi kontekstdə danışıqların əsası əhəmiyyətli dərəcədə dəyişib.

Bundan sonra ATƏT və Şəxsi nümayəndənin öz işini daha səmərəli şəkildə davam etdirməsini ilk növbədə münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır.

Bunu Trend-ə ATƏT-dən bildiriblər.
Təşkilatdan bildiriblər ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək:

“ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi tərəflərin razılığı, ATƏT sədrliyinin və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi ilə zərurət təqdirində fəaliyyətini genişləndirməyə hazırdır. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi maraqlı tərəflərə öz xidmətlərini təklif etməyə, siyasi razılaşmalardan konkret fəaliyyətə keçiddə kömək etməyə, etimadın möhkəmləndirilməsi üzrə razılaşdırılmış tədbirlərin hazırlanması və reallaşdırılmasını dəstəkləməyə hazırdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5595 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2021
20-01-2021