AZ RU Mobil versiya
Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər
Tarix: 27-11-2020 | Saat: 09:31
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və İtaliya XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər



Xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq Naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5579 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2021
20-01-2021