AZ RU Mobil versiya
"Ermənistan günahsız insanlarla yanaşı ekoloji terrora görə cavab verməlidir"
Tarix: 25-11-2020 | Saat: 14:24
Bölmə:Siyasət | çapa göndər

"Ermənistan günahsız insanlarla yanaşı ekoloji terrora görə cavab verməlidir"



Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edib.



Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə də qarşı ekoloji terror törədib. Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirib. Təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdə flora və faunanın məhvi, xüsusən Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı 2 min ildən artıq olan təbiət abidələrinin-çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, indi də Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə və insanlığa qarşı ağır cinayətdir.



Bundan başqa, ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alınıb. Bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində dəfələrlə yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib. İşğal olunmuş ərazilərdən çıxan ermənilər kəndlərə od vurur, meşələri qırır, mədəniyyət abidələrini soyur, muzeylərdən qədim eksponatları oğurlayıb aparırlar. Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin belə vəhşi formada ifadəsinə son qoyulmalı və bunun qarşısı alınmalıdır.



Hesab edirəm ki, Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətlərin dünya ictimaiyyətinə çatdırılması üçün təxirəsalınmaz addımlar atılmalıdır.





Əminə Ağazadə,

Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi

5328 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2021