Mobil versiya
Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi
Tarix: 25-11-2020 | Saat: 09:23
Bölmə:Gündəm | çapa göndər

Ermənistan hərbi polisi:


Ermənistanda 27 sentyabrda Dağlıq Qarabağda başlayan döyüş əməliyyatları ilə əlaqədar elan edilmiş hərbi vəziyyət şərtləri daxilində bir çox vətəndaş müəyyən olunmuş qaydada silah və sursat alıb cəbhəyə gedib.

Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkənin Müdafiə Nazirliyinin hərbi polisi bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyannamə əsasında elan edilən atəşkəsdən sonra çoxları döyüş meydanından qayıtdı, lakin yenə də aldıqları silahları təslim etmədi:

"Müdafiə Nazirliyinin Hərbi Polisi xidmətə çağırılan vətəndaşları müharibə zamanı əldə etdiyi silah və sursatları könüllü olaraq təhvil verməyə yenidən çağırır".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə