Mobil versiya
Bərdədə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı tədbir keçirildi.
Tarix: 06-04-2016 | Saat: 11:14
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər



Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Respublika Prezidenti cənab İlham Əliyevin çıxışı ilə bağlı Bərdə rayon fəallarının yığıncağı keçirildi. Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış, Qarabağ döyüşlərində həlak olmuş bütün şəhidlərimizin ailələrinə dərin hüznlə baş sağlığı vermiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon rəhbəri bildirmişdir ki, düşmənlə təmas xəttində yerləşən rayonlarımız, yaşayış məntəqələrimiz mütəmadi olaraq ermənilər tərəfindən atəşə tutulur. Mülki şəxslər yaralanır. Aprelin 1-dən 2-nə keçən gecə torpaqlarımız yenə də düşmən tərəfindən daha geniş miqyasda və dağıdıcı atəşə tutulmuşdur Ordumuz düşmənə layiqli cavabını vermişdir. Möhtərəm Prezidentimizin Təhlükəsizlik şurasının iclasında dediyi kimi “Biz atəşi pozmamışıq, sadəcə təxribata layiqli cavab vermişik”. Nə qədər ki, Ermənistan təxribatçı əməllərdən əl çəkmir, Azərbaycan ordusu ona layiqincə cavab verəcəkdir. Düşmən bir daha şahidi oldu ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri qələbə çalmaq əzmindədir.

“Torpaq uğrunda ölən varsa vətəndir”. Torpaq uğrunda, vətən uğrunda döyüş gedirsə sözsüz ki, itkilərimiz də olacaqdır. Döyüşlərdə şəhidlərimiz də, yaralananlarımız da vardır. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan bütün torpaqIarımızda dalğalanacaqdır.

Tədbirdə Qarabag müharibəsi veteranı Gəray Əsədov, QMƏVŞA İB-nin rayon filialınln sədri Etibar Hüseynova, Mirzaıbəyli kənd tam orta məktəbin direktoru Nizami Quliyev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək bildirmişlər ki,bütün bərdəlilər Respublika Prezidentinin siyasətini ürəkdən dəstəkləyirlər. Çıxışlarda Ali Baş Komandanın “Əgər erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpağından rədd olsun” fikirləri dəstəklənmiş, vətənə sevgi, düşmənə nifrət, qələbəyə inam vurğulanmışdır.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024