AZ RU Mobil versiya
Zeynal Əkpərov: “Ali Baş Komandan Ağdamda müqəddəs bayrağımızı qaldırdı”
Tarix: 24-11-2020 | Saat: 15:05
Bölmə:Manşet | çapa göndər

Zeynal Əkpərov: “Ali Baş Komandan Ağdamda müqəddəs bayrağımızı qaldırdı”





“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etməklə bir daha bu torpaqların əzəli və əbədi sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş etdirdilər” – AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bu sözləri aia.az saytına verdiyi müsahibəsində demişdir.

Zeynal Əkpərov öz müsahibəsində belə bir məqamı xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ilk növbədə ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edilmişdir: “Hamımız bilirik ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən demişdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Əlbəttə ki, möhtərəm dövlət başçımız çox yaxşı bilirdi ki, buna nail ola bilmək üçün ölkənin güclü iqtisadiyyatı və qüdrətli ordusu olmalıdır. Prezident İlham Əliyev də bütün hakimiyyəti dövründə dövlətin daxili və xarici siyasətini məhz bu məqsədlərə nail olmağa yönəldib. Nəticə də göz qabağındadır. Son on yeddi ildə Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və güclü orduya sahib olub. Məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, dostlarımızın sayı artıb. Məhz Prezident İlham Əliyevin səyləri nəticəsində bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirildi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsindən sonra Azərbaycan BMT Baş Assambleyasının qətnamələrini, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrini, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar və qətnamələrini qəbul etdirməyə nail oldu və bununla da münaqişənin həlli üçün çox möhkəm hüquqi baza yaradıldı. 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və ölkəmiz ilk növbədə siyasi müstəvidə qələbə qazandı. Bütün bunlar Azərbaycanı Cənubi Qafqaz regionunda sözün əsil mənasında lider dövlətə çevirib və bu gün biz bütün bu üstünlüklərin sayəsində öz torpaqlarımızı işğaldan azad etdik.”

Müsahibimiz həmçinin demişdir ki, bu tarixi qələbə Azərbaycan xalqının öz Prezidentinə olan sevgisinin və sarsılmaz inamının daha bir təcəssümü oldu: “Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi həqiqətən də ən yüksək bir səviyyədədir. Möhtərəm Prezidentimizin tarixi qələbəmiz münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün adı daşımaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bütün bunlara görə biz hamımız Şanlı Ordumuza, cənab Ali Baş Komandanımıza minnətdarıq.”

Azad edilmiş torpaqlarda bütün dağıntıların tez bir zamanda aradan qaldırılacağına əmin olduğunu deyən Zeynal Əkpərov, bu vəhşilikləri törədən erməni cinayətkarlarının beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalarının vacibliyini də qeyd etmişdir: “İşğal altında olduqları müddətdə şəhər və kəndlərimiz, insanların yaşayış məskənləri, tarixi abidələrimiz darmadağın edilib, təbii sərvətlər talan olunub. O cümlədən

işğaldan azad edilmiş Ağdam şəhərinə noyabr ayının 23-də etdiyi tarixi səfərinin gedişində cənab Ali Baş Komandan bu dağıntıların miqyasını bir daha qeyd etmişdir. Deməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfər etməklə bir daha bu torpaqların əzəli və əbədi sahiblərinin kim olduğunu bütün dünyaya nümayiş etdirdilər. Lakin dünya eyni zamanda erməni vandalizminin nəticələrini də görməlidir. Möhtərəm dövlət başçımızın da dediyi kimi, bütün dünya görsün ki, vəhşi düşmən bizim kəndlərimizi nə günə qoyub, biz hansı vəhşilərlə üz-üzə idik, biz hansı vəhşiləri məğlub etmişik. Bütün dünya bunu görməlidir. Əlbəttə ki, Azərbaycan xalqı öz torpaqlarına dönəcək, bu torpaqlarda əbədi olaraq yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir. Eyni zamanda da əminəm ki, hərbi cinayətlər törətməkdə təqsirkar olan bütün şəxslərin müəyyənləşdirilib beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsi məsələsinə də ciddi şəkildə baxılacaqdır.”

aia.az
Abbas Abbasov
Elbrus bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi

9356 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2021
27-01-2021