Mobil versiya
Şəhid polkovnik Babək Səmidli dəfn olunub
Tarix: 24-11-2020 | Saat: 12:35
Bölmə:Manşet / Gündəm | çapa göndər

Şəhid polkovnik Babək Səmidli dəfn olunub



Polkovnik Babək Səmidli dəfn olunub.

Trend-in məlumatına görə, şəhid polkovnik Göyçay rayon şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və digər ziyalılar iştirak ediblər.

Qeyd edək ki, şəhid polkovnik ötən gün işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olub.

Xatırladaq ki, polkovnik son çıxışlarından birində qeyd etmişdi ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib:

"30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024