Mobil versiya
Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı
Tarix: 30-09-2026 | Saat: 16:12
Bölmə:Şou-biznes | çapa göndər

Afra Saraçoğlunun narkotik testi müsbət çıxdı

Türkiyə Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən aparılan narkotik araşdırması çərçivəsində saxlanılan məşhurların narkotik testlərinin nəticələri məlum olub.

aia.az xəbər verir ki, istintaq çərçivəsində dindirilən və sağlamlıq müayinəsindən sonra Məhkəmə Tibbi Ekspertiza İnstitutuna göndərilən aktrisa Afra Saraçoğlundan götürülən bioloji nümunələrin laboratoriya müayinələri başa çatıb.

Mütəxəssislər tərəfindən hazırlanan rəsmi toksikologiya hesabatında məşhur aktrisanın retrospektiv maddə istifadə profilini ortaya qoyan saç nümunəsi analizində kokainin aktiv tərkib hissəsinin aşkarlandığı bildirilib.

Saraçoğlunun əvvəllər hüquq-mühafizə orqanlarına və prokurorluğa həyatında heç vaxt narkotik istifadə etmədiyini və evindən müsadirə edilən dərmanların reseptli dərmanlar olduğunu bildirdirmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026