Mobil versiya
Azad edilən torpaqlarımızda, o cümlədən Ağdamda çox gözəl bir həyat başlayacaq - Ağdamlı deputat
Tarix: 19-11-2020 | Saat: 12:47
Bölmə:Siyasət | çapa göndər

Azad edilən torpaqlarımızda, o cümlədən Ağdamda çox gözəl bir həyat başlayacaq -


27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. İmzalanan üçtərəfli bəyanata görə Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər, Laçın və Ağdam rayonları da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil veriləcək və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək.

Bunu Trend-ə Milli Məclisin Ağdamdan olan deputatı Bəxtiyar Əliyev deyib.

Deputat bildirib ki, 1150 kvadrat km. ərazisi olan Ağdam çox böyük strateji əhəmiyyətə malikdir: "Ağdam Azərbaycanda ən böyük rayonlardan biridir. Ağdamın 150 mindən artıq əhalisi var və bu insanların böyük bir hissəsi məcburi köçkün həyatı yaşayır. Artıq Azərbaycanda bir nəfər də olsun məcburi köçkün qalmayacaq. Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, 30 il işğal altında qalmış torpaqlarımız azad olunur. Nəhayət ki, öz doğma torpaqlarımızda şəhərlər, qəsəbələr, kəndlər yenidən tikiləcək və insanlar yeni quruculuq həyatına başlayacaq.

Hər bir ağdamlı bütün xalqımız kimi buna sevinir və dövlət başçısına öz dərin minnətdarlığını bildirir. Biz çox şadıq ki, bu gün müzəffər Azərbycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük bir tarixi qələbəyə imza atdı və Azərbaycan torpaqlarını işğaldan birdəfəlik azad etdi və bütün dünyaya göstərdi ki, həm Azərbaycan dövləti, Azərbaycan ordusu güclüdür, həm Azərbaycan xalqı bir yumruq kimi öz liderinin, Prezidentinin ətrafında sıx birləşib. Bu birlik bundan sonra da yeni uğurlara imza atmağa çox geniş imkanlar yaradacaq. Biz əminik ki, işğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda çox gözəl bir həyat başlayacaq və Azərbaycan dünyada yerini daha da möhkəmləndirəcək”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024